Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Gənc İstedadlar Proqramı”nın infosessiyasını keçirdi
Yerləşdirilmə tarixi : 22 Oktyabr 2024 00:39
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Gənc İstedadlar Proqramı”nın infosessiyasını keçirdi

Oktyabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın layihəsinin təqdimatı keçirildi.Tədbiri Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru dosent Elşad Abdullayev açaraq, SOCAR- ın  elm, təhsil sahəsində həyata keçirilən layihələri və təcrübə proqramları haqqında danışdı. Tələbələri SOCAR rəhbərliyinin yaratdığı bu imkandan faydalanmağa və fəal olmağa çağırdı. SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadıqov çıxış edərək SOCAR-ın fəaliyyəti, gənclərlə bağlı həyata keçirilən layihə və proqramlar haqqında məlumat verdi. “Gənc İstedadlar Proqramı”nın gənclərin inkişafına verdiyi dəstəkdən söz açdı. Bildirdi ki, SOCAR neft-qaz şirkəti kimi yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərməyi hədəfləyir. Bu istiqamətdə insan resurslarına, gənc mütəxəssislərə böyük ehtiyac olduğunu vurğuladı. SOCAR-ın İşə qəbul və karyera planlama şöbəsinin İnsan resursları üzrə aparıcı mütəxəssisi Orxan Musayev “Gənc İstedadlar Proqramı” haqqında təqdimatla çıxış edərək proqramın üstünlükləri, müraciət qayadaları, istehsalat təcrübəsi, həmçinin perspektivləri barədə tələbələrə ətraflı məlumat verdi. Qeyd etdi ki, SOCAR tərəfindən istedadlı gənclərin potensialının aşkar edilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi məqsədilə 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III və IV kurslarında, həmçinin magistratura pilləsi üzrə təhsil alan gənclərə təqaüd verilməsi, onların inkişafının təmin olunması və yüksək potensiallı gənclərin SOCAR-da işlə təmin edilməsi üçün “Gənc İstedadlar Proqramı”na start verilib. Təcrübə müddətini və yekun seçim mərhələsini də uğurla keçən namizədlərə SOCAR tərəfindən iş təklifi olunur. Sonra proqramın qalibi olmuş məzunlar haqqında qısa videoçarx nümayiş olundu. “SOCAR Downstream Management” MMC-nin İnsan resursları və biznes tərəfdaşlıq üzrə supervayzeri Ülvi Gülüşov SOCAR qrupunun müasir qloballaşma dövrünə uyğun yüksək ixtisas biliklərinə sahib gənclərin inkişafına dəstək olduğunu vurğuladı və proqramın əhəmiyyətindən bəhs etdi. Daha sonra SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək diqqətə çatdırdı ki, müasir əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlığı məqsədilə SDU bir çox qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığını uğurla davam etdirir, birgə müxtəlif təlim, proqram və layihələr təşkil edir, eyni zamanda tələbələrimiz SOCAR-ın istehsalat müəssisələrinə təcrübəyə göndərilir. Mərkəz direktoru bu istiqamətdə “SOCAR Downstream Management” MMC tərəfindən SDU tələbələrinə daim dəstək göstərildiyini qeyd etdi. Sonda proqram ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az