Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası
Yerləşdirilmə tarixi : 22 Oktyabr 2024 18:56
Elmi Şuranın növbəti iclası

Oktyabrın 22-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru Rüfət Əzizov iclası açıq elan edərək şura üzvlərini salamladı, qarşıda duran əsas vəzifələr, akkreditasiya ilə bağlı hazırlıq işlərdən danışdı. Sonra Elmi katib professor Muxtar Səmədov gündəlikdə olan məsələləri diqqətə çatdırdı. Gündəlik təsdiq olundu. 2025/2026-cı tədris ili üçün tələbə qəbulu üzrə proqnoz-planı barədə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev məlumat verdi. O, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu üzrə proqnoz-planını 2024/2025-ci tədris ilinin planı ilə müqayisəli formada təqdim etdi. Bəzi yeni ixtisaslar üzrə proqnoz-planını nəzərə çatdırdı. 2025/2026-cı tədris ili üçün tələbə qəbulu üzrə proqnoz-planı təsdiq edildi və proqnoz-planın Elm və Təhsil Nazirliyinə təqdim olunması qərara alındı. Prorektor dosent Elşad Abdullayev Tədris texnologiyalarının inkişafı bölməsinin yaradılması haqqında məlumat verdi və Tədris texnologiyalarının inkişafı bölməsinin yaradılmasına qərar verildi. İclasda SDU-da dərslərin məsafədən (onlayn) təşkilinə dair Fəaliyyət planı barədə Tədris Metodik Mərkəzinin direktoru dosent Osman Hacıyev məlumat verdi. Qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə (14-22 noyabr 2024-cü il tarixlərində) SDU-da dərslərin məsafədən (onlayn) formatda təşkil olunacaq. Osman Hacıyev universitetin bundan öncə onlayn təhsillə bağlı mütəşəkkil bir təcrübəsi olduğunu və bununla bağlı fakültələrə tapşırıqlar verildiyini nəzərə çatdırdı. Sonra SDU-da dərslərin məsafədən (onlayn) təşkilinə dair Fəaliyyət planı təsdiq edildi. Müxtəlif məsələlərin müzakirəsində Mühəndislik fakültəsinin Energetika kafedrasının doktorantı Nicat Hüseynovun fəlsəfə doktorluğu dissertasiya işinin mövzusunun yeni redaksiyada təsdiqi, Şəhid ailəsi Dövlət Dövlətzadənin müraciətinə baxılması, Vüsal Vüqar oğlu Həsənovun (44 günlük Vətən müharibəsi iştirakçısı, 3-cü qrup müharibə əlili) təhsil haqqı borcuna güzəşt edilməsi, Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və Elmi Şuraya təqdim olunan tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az