Əməkdaşlarımız Maliyyə və mühasibatlıq üzrə Beynəlxalq diplomlarla təltif olundular
Oktyabrın 22-də Azərbaycan Maliyyə Menecerləri Assosiasiyasının (APFM) baş ofisində maliyyə, mühasibatlıq sahəsində London Maliyyə menecerləri İnstitutunun (ICFM) və sertifikatlaşdırılmış Mühasiblər İnstitututunun (ICB) beynəlxalq təlimlərini uğurla başa çatdıran və yekun imtahanlarda yüksək nəticə göstərən mütəxəssislərə beynəlxalq diplomların təqdim olunması tədbiri keçirildi. Tədbiri APFM idarə heyətinin sədri Nuriyyə Novruzova açaraq, tədbir iştirakçılarını salamladı və uğurlu nəticə əldə edən mütəxəssisləri təbrik etdi. Sonra diplomların təqdim edilməsi mərasimi keçirildi. Sumqayıt Dövlət Universitetinin Mühasibat və iqtisadiyyat kafedrasının müdiri, dosent Loğman Abdullayev “Maliyyə menecmenti və maliyyə təhlili” modulu üzrə London Maliyyə menecerləri İnstitutunun (ICFM) beynəlxalq diplomuna və digər əməkdaşımız Mühasibat və iqtisadiyyat kafedrasının müəllimi Səmirə Seyidova “Qabaqcıl mühasibat uçotu” üzrə sertifikatlaşdırılmış Mühasiblər İnstitututunun (ICB) beynəlxalq diplomuna layiq görüldülər.