Əməkdaşlarımız Naxçıvan Dövlət Universitetində
Beynəlxalq əlaqələrin inkişafında plkə təhsilimiz dünya inteqrasiyasına təkan verir. Tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsinin, peşəkar kadrların bilik və bacarığının təbliğinə şərait yaradır.
Fevralın 5-6 tarixlərində Naxçıvan Dövlət Universitetində (NDU) Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişaf etdirilməsi və təkmilləşdirilməsi (UNİVİA) TEMPUS layihəsi çərçivəsində təlimlər də bu məqsədə xidmət edirdi. təşkil olunmuşdur. Tədbirdə layihənin müəllifi və kordinatoru Azərbaycan Dövlət İqtisad Universiteti, layihənin yerli tərəfdaşları olan Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştirak etmişdir.
Universitetimizi layihənin SDU üzrə əlaqələndiricisi professor Nigar İsgəndərova və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) əməkdaşı Samirə Məmmədova təmsil etmişdir.
Tədbirin məqsədi iş planının 4-cü mərhələsinə əsasən ADİU, NDU, GDU-nun İspaniyanın Malaqa Universitetinin Beynəlxalq əlaqələr şöbəsində 2 həftəlik təcrübə səfərindən əldə etdikləri bilikləri layihənin digər heyəti ilə bölüşmək, o cümlədən layihə çərçivəsində Bakı Dövlət Universitetində və Sumqayııt dövlət universiteti ilə görülən işlərin, xüsusilə də BƏŞ-in iş planının, strategiya sənədinin və universitetlərin beynəlxalq reytinq cədvəlinə daxil olma üçün qaydalar sənədinin təqdimatı olmuşdur.Tədbirdə tərəfdaş universitetlərin beynəlxalq həyatı – TEMPUS, ERASMUS layihələri, Mövlanə, Nizami, Jan Monet kimi mübadilə proqramları, xarici tələbələrin cəlb olunması, bu işdə mövcud problemlər, onların həlli yolları, təklif və prioritetlər müzakirə edilmişdir.
İki gün davam edən tədbirin işçi dili ingilis dili olmuşdur. Tədbirdən sonra qonaqlar naxçıvan dövlət universitetinin inzibati, tədris binaları ilə yanaşı tələbə və qonaq evləri ilə də tanış olmuşlar.
Mətbuat xidməti