SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsi ilə təhsilalanlar arasında görüş keçirildi
SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsi ilə 1-ci kurs tələbələrinin görüşü baş tutub. 23 oktyabrda keçirilən bu görüşün əsas məqsədi təhsilalanları şöbənin əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırmaq olub.Görüşdə Gülnar Cəfərova rəhbərlik etdiyi şöbənin fəaliyyətlərinin məqsədəuyğun şəkildə həyata keçirilməsində, universitetdə keyfiyyət mədəniyyətinin formalaşmasında təhsilalanların mühüm rolları olduğunu vurğuladı. Şöbə müdiri keçirilən sorğularda iştirakın əhəmiyyətindən bəhs edərək daha əvvəl keçirilmiş sorğu nəticələrinə uyğun universitetdə tətbiq edilən yenilikləri iştirakçıların diqqətinə çatdırdı.Görüşdə eyni zamanda təhsilalanlarla müvafiq şöbə arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə istifadə olunan vasitələr (təklif qutusu, açıq qapı günləri və s.), tələbələrə təqdim olunan müxtəlif dəstək xidmətləri (mükəmməllik mərkəzi, psixoloji dəstək xidməti və s.) haqqında məlumat verildi. Görüşün sonunda isə, iştirakçılar tərəfindən ünvanlanmış müxtəlif məzmunlu suallar şöbə müdiri tərəfindən cavablandırıldı.