Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetinin (SDU) İnklüziv Təhsil Mərkəzinin növbəti iclası keçirildi. İclasda Mərkəzin məsul şəxsi dosent Aytəkin Məmmədova, SDU-nun Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova, eləcə də fakültələrin nümayəndələri iştirak edirdi.Görüşdə mərkəzin fəaliyyətinin daha səmərəli təşkili, inklüziv universitet mühitinin inkişafı və gələcək perspektivlər müzakirə olundu. Tələbələrin sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə əməkdaşların təlimlərə cəlb olunması, eləcə də müxtəlif inklüziv xidmətlər göstərən təşkilatlarla əməkdaşlıq məsələləri qeyd olundu. İclasın sonunda Mərkəz tərəfindən həyata keçirilən layihələr və gələcək planlar haqqında məlumat verildi.