'Karyera Həftəsi" çərçivəsində Məzun Assosiasiyası üzvlərinin təşəbbüsü və Dayanıqlı İnkişaf Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik - Dayanıqlı inkişafa doğru birgə addımlar” adlı seminar keçirildi.Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov, Dayanıqlı İnkişaf Komitəsinin sədri olaraq, sessiyanın müəllimlərin peşəkar inkişafına və gənclərin məşğulluq bazarına dair biliklərini artırmağa yönəldiyini qeyd etdi. Müəllimlərin iştirakının, tədris prosesində yeni yanaşmaların tətbiqi və tələbələrin karyera inkişafına dəstək vermək baxımından əhəmiyyətli olduğunu vurğuladı.Spikerlər – Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova "Service Learning" metodu ilə davamlı kənd təsərrüfatına təşviq etmək" , 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin direktor müavini Əjdər Quluzadə "Məqsədlər üçün əməkdaşlıq – Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün qlobal əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək: ASAN xidmət modelində ", Azərbaycan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Famil Niftiyev "Azərbaycanda sağlamlıq və rifahın inkişafında dövlətin rolu", BƏƏ-nin Abu Dabi əmirliyinin EDGE Group PJSC, Vergi məsələləri üzrə meneceri Həmid Ağahüseynov "Layiqli əmək və iqtisadi artım: Hamı üçün layiqli iş imkanlarını təmin etmək və davamlı iqtisadi artıma nail olmaq " mövzularında çıxış edərək iştirakçılara məşğulluq bazarı haqqında məlumat verərək, karyera imkanlarını artırmaq üçün praktik tövsiyələrini verdilər.Sonra onlayn formatda York Universitetinin doktorantı, assistant Anar Abtalıbov “Dayanıqlı İnkişafın 13-cü məqsədi: – iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görmək” mövzusunda təqdimatla çıxış etdi.Daha sonra qonaqlar "Karyera Həftəsi" çərçivəsində təşkil olunan sərgi ilə tanış oldular.