Oktyabrın 25-də Sumqayıt Dövlət Universiteti (SDU) Tələbə Evinin Oxu zalında Filologiya fakültəsi və Mükəmməllik Mərkəzinin birgə təşkilatçılığı ilə “Dostoyevski və psixologiya” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri açan Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev anoloji layihələrin tələbələrin intellektual inkişafında oynadığı roldan danışdı, dünya ədəbiyyatının klassiklərindən Fyodor Dostoyevskinin yaradıcılığında insan psixologiyasının tutduğu yerdən söhbət açdı.SDU-nun Dil və ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Zeynallı “Dostoyevski yaradıcılığında psixologizm” mövzusunda məruzəsindən sonra filologiya fakültəsinin tələbələri Ləman Xudiyeva, Fatimə Tağızadə, Nəzrin Ağamirzəyeva, Həmayıl Musayeva, Məleykə Məmmədova, Murad Hümbətov, Raya Bayramova və başqaları çıxış etdilər.Çıxışlarda yazıçının “Cinayət və cəza”, “Karamazov qardaşları”, “İdiot”, “Yeraltından qeydlər” romanlarında qəhrəmanların psixoloji aspektdən təhlilini verdilər, əsərlərdəki müəyyən franqmentlər üzrə səhnəciklər təqdim etdilər.