Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) SDU Tələbə Həmkarlar İttifaqı Komitəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “COP29 və iqtisadi, siyasi, ekoloji inkişafda gənclərin rolu” mövzusunda forum keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra SDU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları və iştirakçıları salamlayaraq forumun əhəmiyyətindən danışdı. O, SDU-da dayanıqlı inkişafla bağlı reallaşdırılan layihələrə və universitetin iqlim dəyişikliyi siyasətinə toxundu. Həmçinin, Oxford Saïd Biznes Məktəbi ilə birgə COP29 ərəfəsində təşkil olunacaq “İqlim İdarəetmə Məktəbi” layihəsi haqqında məlumat verdi.Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini və dini qurumlarla iş üzrə təşkilatçısı Fərman Kazımov da çıxış edərək forumun əhəmiyyətini qeyd etdi. O, Sumqayıt şəhərində iqlim dəyişikliyi ilə mübarizə, salınan yaşıllıq zolaqları və ekoloji mühitin sağlamlaşdırılması üzrə görülən işlər barədə danışdı.Forumun "Gənclərin İnkişafı" adlı panelinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova moderatorluq etdi. Paneldə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, SDU İqtisadiyyat və idarəetmə fakültəsinin dekan əvəzi dosent Loğman Abdullayev, eləcə də ETSN-in 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Rövşən Nəcəfquliyev spiker qismində çıxış etdilər. Çıxışlarda iqtisadi, siyasi və ekoloji məsələlərə dair aktual mövzular müzakirə olundu və gənclərin bu sahələrdəki potensialı vurğulandı.Tədbirin sonunda fəal tələbələrə Təşəkkürnamələr təqdim edildi.