Oktyabrın 27-də Sumqayıt Dövlət Universitetində Kimya və texnologiya fakültəsinin Elektrokimyəvi istehsalın texnologiyaları ixtisası üzrə 313 qrup məzunlarının təşəbbüsü ilə 40 ildən sonra yenidən doğma ocaqda görüşdülər.Universitetin keçmişi ilə bugünü doğma universitetlə bağlı xatirələrdə birləşdi.Karyera və Məzunlarla İş mərkəzinin direktoru Nəsibə Əmirbəyova görüşün əhəmiyyətini vurğuladı, son illərdə universitetin qazandığı nailiyyətləri, beynəlxalq səviyyədə nüfuzunun artdığını və QS Beynəlxalq Reytinqində yüksək nəticə əldə etdiyini diqqətə çatdırdı. Eyni zamanda rəhbərlik etdiyi mərkəzin son bir il ərzində görülən və qarşıda duran işləri barədə məlumat verdi və Məzun Assosiasiyasının yaradılmasının əhəmiyyətindən danışdı. Bildirdi ki, Məzun Assosiasiyasının təsis yığıncağının keçirilməsi məzunların Sumqayıt Dövlət Universitetinə nə qədər bağlı olduğuni bir daha təsdiqlədi.Sonra müxtəlif əmək fəaliyyətləri ilə universitetin adını yüksəldən, ölkəmizin inkişafına töhfələr verən məzunlar xoş təəssüratlarını bölüşərək universitetin bugünkü inkişafından qürur duyduğunu qeyd etdilər, bugünkü görüşün təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə etdilər. Universitetdə bu cür görüşlərin keçirilməsini bu ali təhsil ocağının şərəfli keçmişinə və işıqlı sabahına verilən dəyər kimi qiymətləndirdilər.Daha sonra 40 il öncə təhsil aldıqları auditoriyada yenidən parta arxasında əyləşərək, tələbəlik dövrünün qayğısız günlərinə, dostluq və sevgi dolu anlarına səyahət etdilər.Görüşün sonunda xatirə fotosu çəkdirildi.