Oktyabrın 28-i Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 955-ci qrupda “Azərbaycan dilinin tarixi morfologiyasında zərf” mövzusunda müştərək mühazirə keçirildi. Dərsi Dil və ədəbiyyat kafedrasının baş müəllimi Elnarə Əhmədova və Xəzər Universitetindən filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərli apardılar.Elnarə Əhmədova zərfin mahiyyəti, inkişafı və etimologiyasına dair əsas məlumatları bölüşdü, türkologiyada zərflə bağlı müxtəlif təsnifatlara diqqət çəkdi. Ardınca Sevinc Qəmbərli zərflərin Azərbaycan dilinin dialektlərindəki mövqeyi və digər türk dillərindəki ekvivalentlərini izah etdi. Dərsdə tələbələr sualları ilə fəal iştirak etdilər, mövzu ətrafında müzakirələr aparıldı. Bu dərs Azərbaycan dilinin tarixi aspektlərini dərindən öyrənmək baxımından tələbələr üçün dəyərli bir təcrübə oldu.