Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Elsevier" və "Clarivate" şirkətləri, tarixdə ilk dəfə, birgə elmmetriya üzrə mütəxəssis hazırlığı proqramı həyata keçirib. Sumqayıt Dövlət Universitetinin Energetika kafedrasının müdiri dosent Xəyalə Əliquliyeva, həmin kafedranın baş müəllimi Aysel Talıflı, Xarici dillər kafedrasının müəllimi Lamiə Heydərova "Elsevier" və "Clarivate" şirkətlərinin birgə həyata keçirdiyi 4 aylıq elmmetriya üzrə mütəxəssis hazırlığı proqramında iştirak etdilər.Qeyd edək ki, proqramın məqsədi ölkədə "Scopus" və "Web of Science" kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir. Hazırlıq proqramına 150 müraciətçi arasından seçilən 70 nəfər iştirakçı qatılsa da, yalnız 28 nəfər proqramı uğurla bitirib və "Elsevier" və "Clarivate" şirkətlərinin birgə sertifikatını əldə edib.