31 oktyabr tarixində Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunmuş xüsusi mühazirə təşkil edildi. Mühazirə Zonguldak Bülent Ecevit Universitetinin İnsan və Toplum Elmləri fakültəsinin Tarix Bölümünün Sosial Elmlər İnstitutunun müdir müavini dosent dr. Gürbüz Arslan tərəfindən “İki Dövlət, Tək Millət: Türkiyə-Azərbaycan” mövzusunda onlayn formatda keçirildi. Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının İllik Fəaliyyət Planı çərçivəsində baş tutan tədbirdə kafedra müdiri professor Şirxan Səlimov, kafedranın əməkdaşları: professor Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Xuraman Vəliyeva və fakültənin tələbələri iştirak etdilər. Mühazirə iştirakçıları Azərbaycanın və Türkiyənin tarixi əlaqələri, qardaşlıq münasibətləri və iki ölkə arasındakı əməkdaşlıq mövzularında dəyərli məlumatlar əldə etdilər.Tələbələri maraqlandıran suallar mühazirədən sonra qarşılıqlı müzakirələr çərçivəsində cavablandırıldı və dosent dr. Arslan Gürbüz tələbələrə dərin izahatlar təqdim etdi. Mühazirə həm akademik, həm də dostluq əlaqələrinin gücləndirilməsi baxımından yüksək qiymətləndirildi.