Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Zəfər Gününə həsr olunmuş Şahmat yarışı keçirildi
Yerləşdirilmə tarixi : 02 Noyabr 2024 14:47
SDU-da Zəfər Gününə həsr olunmuş Şahmat yarışı keçirildi

Noyabrın 2-də Sumqayıt Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş əməkdaşların fakültələrarası şahmat yarışı keçirildi. Yarışın məqsədi əməkdaşlar arasında əlaqələri möhkəmləndirmək, kollektiv ruhunu gücləndirmək, münasibətləri daha da inkişaf etdirmək idi.Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov açaraq, yarışın əhəmiyyətini vurğuladı və Azərbaycanın Zəfər tarixi, ölkəmizin əldə etdiyi nailiyyətlər və şahmat idman növünün inkişafı barədə məlumat verdi.Gərgin mübarizə şəraitində keçən yarışda Riyaziyyat fakültəsi komandası I, Filologiya fakültəsi II, Təbiət Elmləri fakültəsi isə III yerdə qərarlaşdı. Qalib komandalar Fəxri fərmanlarla təltif edildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az