Noyabrın 1-də dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan QS Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı və Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi ilə “QS Beynəlxalq Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” həyata keçirilib. Sammitdə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı, Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Həbibə Nəzirova və Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyova iştirak edib. Pre-sammitin açılış panelində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxış edib. Sammitdə təhsil sahəsində müasir trendlər və qlobal əlaqələr istiqamətdə müzakirələr aparılıb. Qeyd edək ki, Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsinin nümayəndə heyəti sammitdə iştirak edib.