Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş Riyaziyyat fənni üzrə “Elmi tədqiqat” adlı bilik yarışı keçirildi. İki mərhələdən ibarət yarışın ilk mərhələsində 40 tələbə bilik və analitik bacarıqlarını sınamaq üçün mübarizəyə qatıldı. Gərgin və rəqabətli şəraitdə keçən bu mərhələnin sonunda 7 tələbə ikinci tura vəsiqə qazandı. İkinci mərhələdə isə həmin 7 tələbə öz elmi araşdırmalarını təqdim etdi. Onların çıxışları Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müəllimlərindən ibarət juri heyəti tərəfindən qiymətləndirildi. Nəticələrə əsasən Riyaziyyat fakültəsinin 471 saylı qrup tələbəsi Məmmədli Həmzə I, 472 saylı qrup tələbəsi Səmədzadə Zərifə II, 471 saylı qrup tələbəsi Hüseynova Rəqsanə isə III yerə layiq görüldü. Qaliblər fəxri fərman və mükafatlarla təltif edildi.