SDU ilə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb
6 noyabr 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinə səfər edib. Görüş zamanı universitetlər arasında elm, təhsil, elmi-tədqiqat, birgə layihələrdə əməkdaşlıq, konfransların, seminarların və təlimlərin təşkili, professor, müəllim və tələbə mübadiləsinin aparılması kimi istiqamətlərdə fəaliyyətlərin həyata keçirilməsi müzakirə olunub. Görüşün sonunda iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)