Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı və Oksford Universitetinin (Saïd Business School) dəstəyi ilə keçirilən “İqlimin İdarəolunması Məktəbi” Proqramı çərçivəsində beynəlxalq ekspertlər və SDU-nun rektoru Rüfət Əzizov ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında görüş baş tutub. Görüşdə Zakir Fərəcov Sumqayıtın sosial-iqtisadi inkişafı və həyata keçirilən mühüm layihələrdən bəhs edərək, Sumqayıt Dövlət Universitetinin bu prosesdəki töhfələrini vurğulayıb. Daha sonra rektor Rüfət Əzizov SDU və Oksford Universiteti (Saïd Business School) arasında həyata keçiriləcək növbəti layihələr haqqında danışıb və COP29 konfransı çərçivəsində baş tutacaq “İqlim fəaliyyətində gənclərin liderliyi: Təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” adlı panel müzakirəsi barədə məlumat verib. Beynəlxalq ekspertlər Sumqayıta səfərlərindən məmnun olduqlarını bildirərək, şəhərin inkişafı, müasir infrastruktur layihələri və ekoloji dayanıqlıq sahəsində görülən işlərlə tanışlıqlarını ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.