Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İmtahan stresi zehni proseslərin nəticəsi kimi” mövzusunda görüş keçirilib
Yerləşdirilmə tarixi : 24 Dekabr 2024 16:17
SDU-da “İmtahan stresi zehni proseslərin nəticəsi kimi” mövzusunda görüş keçirilib

Dekabrın 24-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı ilə Psixoloji Xidmət Mərkəzi tərəfindən və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “İmtahan stresi zehni proseslərin nəticəsi kimi” mövzusunda görüş keçirilib. Görüşdə universitetimizin əməkdaşları və tələbələrimiz iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Aytəkin Məmmədova iştirakçılara Psixoloji Xidmət Mərkəzi barədə məlumat verdikdən sonra sözü çıxışçılara verib. Psixologiya müəllimi, məruzəçi Zülfiyyə Musayeva təqdimatla çıxış edərək imtahan həyəcanının mənfi və müsbət tərəflərindən, eyni zamanda həlli yollarından bəhs edib. Daha sonra Psixologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Salamova çıxışında stresin fəsadlarından (bilikdə qeyri-müəyyənlik, yuxu və yemək rejiminin pozulması, güclü zehni yük və artan statik yük) danışıb. Görüşün sonunda tələbələrə sual vermək və məlumat almaq imkanı yaradılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az