Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyət istiqamətləri barədə infosessiya
SDU-da 26 və 27 dekabr tarixlərində Keyfiyyət təminatı və strategiya (KTS) şöbəsi ilə Filologiya və İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri arasında görüşlər təşkil olunub. Müvafiq şöbənin fəaliyyət istiqamətləri barədə təhsilalanları maarifləndirmək məqsədi daşıyan bu görüşlərdə Elm və innovasiyalar üzrə prorektor Elşad Abdullayev və şöbə müdiri Gülnar Cəfərova iştirak edib. Görüşlərdə Gülnar Cəfərova rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, universitetdə tətbiq edilən monitorinq və qiymətləndirmə metodları barədə təhsilalanlara məlumat verib. Əlavə olaraq, görüşdə təhsilalanlarla müvafiq şöbə arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə istifadə olunan müsahibə, təkliflər qutusu və açıq qapı günləri kimi tətbiqlərdən bəhs olunub. Bu tətbiqlər içərisində xüsusi yer tutan sorğularda obyektiv iştirakın əhəmiyyəti vurğulanıb. Sonda tələbələrin tədrisin təşkili və qiymətləndirmə ilə bağlı suallarına prorektor Elşad Abdullayev və Gülnar Cəfərova tərəfindən aydınlıq gətirilib.