İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi uşaq evini ziyarət edib
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə uşaq evini ziyarət edib. Ziyarət zamanı fakültə nümayəndələri uşaq evinin balaca sakinlərini bayram münasibətilə təbrik edib, onlara mənəvi dəstək göstərərək müxtəlif hədiyyələr təqdim ediblər. Tələbələr uşaqlarla söhbət edərək onların istəklərini dinləyib və bu cür təşəbbüslərin davam etdiriləcəyini vurğulayıblar.