SDU –da payız semestrinin imtahan sessiyası başlayıb
Yanvarın 6-da Sumqayıt Dövlət Universitetində (SDU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahanlar SDU-nun 1-ci və 2-ci tədris korpuslarında, iki növbəli olmaqla (9:00 və 13:00) 3 saat ərzində keçirilib. İmtahan sessiyasında ümimilikdə 405 qrupdan 5620 nəfər tələbə iştirak edib. SDU-da mütəxəssis hazırlığının çoxprofilliyi nəzərə alınaraq imtahanlar müxtəlif formalarda (yazılı, şifahi, praktik tapşırıq, açıq tipli məntiqi, situativ, kompüter vasitəsilə onlayn rejimdə və s.) təşkil edilir. Üzrlü səbəbdən imtahanlarda iştirak etməyən, həmçinin akademik borcu yaranan tələbələr üçün imtahan sessiyasından sonra təkrar imtahanlarda iştirak etmək hüququ yaradılacaq.
Qeyd edək ki, payız semestrinin imtahan sessiyası yanvarın 31-dək davam edəcək.