Yanvarın 7-də Sumqayıt Dövlət Universitetinin STP Şirkətlər Qrupu ilə birgə “Gələcək mühəndislər” təlim proqramına yenidən start verilib. SDU –nun spikerləri Tünzalə Babayeva və Azadə Əliyeva tərəfindən kimya mühəndisliyi, mexanika mühəndisliyi, neft - qaz mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrə “Metallar, onların əsasında alınan ərintilər və metal kompozit materiallar” mövzusunda ilk təlimləri baş tutub. Əvvəlcə təlim mövzu üzrə diaqnostik qiymətləndirmə ilə başlayıb, daha sonra təlimçilər mövzu ətrafında geniş təqdimatla çıxış edib. Təqdimatlardan sonra spikerlər öz təcrübələrini tələbələrlə bölüşüblər. Təlimin ikinci hissəsində isə mövzunun sənayedə tətbiqinə dair praktiki tapşırıqlar yerinə yetirilib və iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb. Qeyd edək ki, təlimlər fevralın 6-dək davam edəcək