“Xocalı soyqırımı”nın 24-ci ildönümü ilə bağlı flashmob keçirildi
Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində universitetin Fizika və elektroenergetika fakültəsinin bir qrup tələbələri açıq səma altında flashmob aksiyası keçirdi. Tələbə gənclərimiz Dünya Birliyini Xocalıda törədilən ədalətsizliyə qarşı susmamağa səslədilər və bu qətliamın günahkarlarının beynəlxalq məhkəmə qarşısında cəzalandırılmasını istədilər. Onlar bu aksiya ilə erməni vandalizmini pislədilər.