"Tədrisdə empatiya anlayışın rolunun artırılması" mövzusunda təlim
Fevralın 5- də Sumqayıt Dövlət Universitetində (SDU) Həmkarlar İttifaqı Komitəsi (HİK) və İnsan kapitalının idarə edilməsi mərkəzinin təşkilatçılığı ilə Davamlı İnkişaf Mərkəzində "Tədrisdə empatiya anlayışın rolunun artırılması " mövzusunda təlim keçirilib. Öncə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov təlimin əhəmiyyətindən danışıb, təlimçi Fəridə Fərəcovanı təqdim edib. Peşəkar təlimçisi Fəridə Fərəcova tərəfindən aparılan təlim təhsil prosesində empatiyanın əhəmiyyətini vurğulamaq, müəllimlərin tələbələrlə effektiv və qarşılıqlı anlaşmaya əsaslanan ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub. Təlim zamanı iştirakçılar empatiyanın tədris keyfiyyətinə təsiri, tələbələrin psixoloji ehtiyaclarını anlamaq və daha effektiv dərs mühiti yaratmaq mövzusunda praktiki biliklər əldə ediblər. Təlim interaktiv müzakirələr, qrup çalışmaları və real dərs situasiyaları üzərində təhlil aparılması ilə daha da zənginləşdirilib.