Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da əməkdaşlar üçün “Data analitikası” mövzusunda təlim keçirilib
Yerləşdirilmə tarixi : 05 Fevral 2025 15:33
SDU-da əməkdaşlar üçün “Data analitikası” mövzusunda təlim keçirilib
Sumqayıt Dövlət Universitetinin (SDU) İnsan Kapitalının İdarəedilməsi Mərkəzi tərəfindən əməkdaşlar üçün təşkil olunan növbəti təlim “Data analitikası” mövzusuna həsr olunub. Təlimdə Rektorun İnformasiya texnologiyaları (İT) üzrə müşaviri Əhməd Əhmədzadə və İT kafedrasının baş müəllimi Nərmin İbrahimova məlumatların rolunu və analitik bacarıqların əhəmiyyətini vurğulayıblar. Qeyd ediblər ki, data analitikası məlumatların yığılması, təmizlənməsi və işlənməsi ilə təşkilatlara daha dəqiq və effektiv qərarlar qəbul etməyə imkan verir. Spikerlər müəssisələrin data təhlili və istifadəsi ilə bağlı mövcud təcrübələrdən, yarana biləcək çətinliklərdən və inkişafa ehtiyac olan sahələrdən də bəhs ediblər. Onlar iştirakçılara məlumatların düzgün idarə edilməsi və təhlil edilməsinin biznes nəticələrinə necə müsbət təsir göstərə biləcəyini, eyni zamanda data analitikasında istifadə edilən proqramlaşdırma dilləri haqqında məlumat veriblər. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az