SDU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib
Fevralın 9-da Sumqayıt Dövlət Universitetində (SDU) magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib. İmtahana 300-dən artıq tələbə qatılıb. SDU-nun tələbələri ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələrində təhsil alan tələbələr də iştirak ediblər. İmtahan saat 10:00-da başlayıb və 3 saat müddətində aparılıb. Qeyd edək ki, sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanı modelinə uyğun təşkil edilib.