Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Gamesummit” infosessiyasına start verilib
Yerləşdirilmə tarixi : 19 Fevral 2025 14:26
SDU-da “Gamesummit” infosessiyasına start verilib

Fevralın 19-da Sumqayıt Dövlət Universitetində İnformasiya Texnologiyaları Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “Gamesummit” çərçivəsində ilk infosessiya keçirilib. Açılış nitqi ilə çıxış edən “AzDimension” şirkətinin rəhbəri Fərid Haqverdiyev “Azərbaycan oyun sənayesi: İnkişaf yolu və yeni imkanlar” mövzusunda təqdimatla çıxış edərək sənayedə son yeniliklər, gənclər üçün karyera imkanları və texnologiyaların iş həyatına təsiri barədə məlumat verib. Xüsusilə oyunların yaradılması və inkişafı sahəsində tələbələrə praktiki bacarıqların qazanılması haqqında danışıb. İnfosessiya mövzu ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az