Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatı tələbələrimiz üçün infosessiya keçirib
Yerləşdirilmə tarixi : 21 Fevral 2025 15:33
“AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatı tələbələrimiz üçün infosessiya keçirib
 
Fevralın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının infosessiyası keçirilib. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək AIESEC tərəfindən təşkil olunan proqramların gənclərin şəxsi və peşəkar inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb. SDU tələblərinin bu kimi proqramlarda fəal iştirakından danışıb. İnfosessiya zamanı “AIESEC Azərbaycan” proqramı üzrə Marketinq və ictimai əlaqələr üzrə komitə sədri, SDU üzrə koordinator İlahə Qədimova çıxış edərək təşkilatın fəaliyyəti, beynəlxalq təcrübə və könüllük imkanları, “Qonaq ailə”, eləcə də AIESEC üzvlüyü haqqında məlumat verib. Qeyd edib ki, AIESEC dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycanda fəaliyyəti isə 2006-cı ildən başlayıb. Təşkilatın əsas məqsədi gənclərin liderlik potensialını aşkarlamaq, onların inkişafına töhfə vermək, müxtəlif proqramlar vasitəsilə onlara beynəlxalq təcrübə keçmək şansı yaratmaqdır. Sonra “AIESEC Azərbaycan”ın Xaricdə mübadilə proqramları üzrə komitə sədri Elcan İbrahimov, marketinq meneceri Rəhimə Əliməmmədova çıxış edərək təşkilatın üç təcrübə proqramı - “Global Volunteer”, “Global Talent” və “Global Teacher” barədə tələbələrə zəruri informasiyaları təqdim ediblər. Onlar “Global Volunteer” proqramının BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında təşkil olunduğunu və könüllü təcrübə imkanı yaratdığını, “Global Talent”in isə qlobal şəraitdə gənclərə peşəkar karyera inkişafı yönümlü iş imkanları təklif etdiyini bildiriblər. Həmçinin “Global Teacher” proqramının gənc müəllim namizədlərinə tədris sahəsi üzrə bilik və bacarıqlarını artırmaq, xarici ölkələrin təhsil sistemi ilə tanış olmaq imkanı verdiyini qeyd ediblər. Sonda tələbələrin proqramlarla bağlı sualları cavablandırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az