Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələr üçün natiqlik sənəti ilə bağlı təlim keçirilib
Yerləşdirilmə tarixi : 21 Fevral 2025 09:32
Tələbələr üçün natiqlik sənəti ilə bağlı təlim keçirilib
 
Fevralın 21-də Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində tələbələrin natiqlik bacarıqlarını artırmaq məqsədilə təlim keçirilib. Təlim “Natiqlik” klubunun rəhbəri Murad Hümbətov və təlimçi Səddan Səfərovun spikerliyi ilə baş tutub. Mərkəzin direktoru Əli Rzayev çıxış edərək natiqlik qabiliyyətinin və düzgün danışıq bacarığının, həmçinin nitq mədəniyyətinə dərindən yiyələnməyin tələbələrin gələcək karyeralarında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, çıxışı zamanı fikrin düzgün ifadə edilməsi, danışıq üslubunun seçilməsi, ritorika və danışıqda tez-tez rast gəlinən səhvlər haqqında geniş məlumat verib. Təlimdə həmçinin nitq mədəniyyətinin zamanla inkişafı və təkmilləşməsi mövzusu müzakirə olunub. Təlimin sonunda “Natiqlik” klubunun aktivlərinə sertifikat təqdim olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az