SDU-da “Xocalıya ədalət” adlı silsilə tədbirlər keçirilib
Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Heydər Əliyev Mərkəzində isə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib. Öncə Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında necə silinməz iz qoyduğu vurğulanıb. Bildirilib ki, bu gün müstəqil Azərbaycan öz parlaq qələbəsi ilə yalnız düşmənə sarsıdıcı zərbə vurmaqla kifayətlənməyib, həm də beynəlxalq arenada ədaləti təmin edib. Həmçinin, Xocalı soyqırımının xalqımız tərəfindən unudulmadığını, aparılan elmi tədqiqatlar nəticəsində üzə çıxarılan həqiqətlər və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışıblar. Tələbələrimiz “Xocalıya ədalət” mözusunda çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğunu bildiriblər.