İqtisadiyyat və idarəetmə fakültəsində açıq dərs təşkil olunub
Martın 4-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Azərbaycanın gömrük siyasəti" mövzusunda açıq dərs keçirilib. Dərs Marketinq ixtisasının 746 saylı qrupunda təşkil olunub. Əvvəlcə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev çıxış edərək iştirakçıları salamlayıb və dərsin əhəmiyyəti haqqında məlumat verib. Bu dərsin tələbələr üçün geniş perspektivlər yaradacağına əmin olduğunu bildirib. Daha sonra İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi kafedrasının dosenti Gülbəs Rüstəmova "Azərbaycanın gömrük siyasəti"nin mövcud istiqamətləri, əhəmiyyəti və iqtisadiyyata təsirləri barədə danışıb. O, tələbələrə "Yaşıl Dəhliz" buraxılış sistemi və onun üstünlükləri, habelə ARAS sisteminin tətbiqi ilə gömrük nəzarətinin sadələşdirilməsi barədə geniş mühazirə verib. Dərsin sonunda mövzuya dair geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, dərsdə fakültə dekanı, kafedra müdirləri və müəllimlər də iştirak ediblər.