Polkovnik, Teymurun sözünə qarşılıq kimi istədi desin ki, “Sən qıfılı mən gördüyüm kimi görə bilməzsən. Bu səninçün sadəcə köhnə dəyirmanın köhnə qapısından asılı vəziyyətdə qalmış adi açıq qıfıldı. Mənimçün isə bu gün baş vermiş cinayətin üstünü açmaq üçün əldə etdiyim sübutdur. Bu cümlələr Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Asim Arazlının yenicə çapdan çıxan kitabındandır. Asim Arazlı nizam-intizamlı və əlaçı bir tələbə kimi fakültənin nümunəvi tələbələrindən sayılır. Məhz onun belə kitab çıxarması təqdirəlayiqdir. Qeyd etmək lazımdır ki, müəllifin bu günə qədər “Fərhad” pyesi, “Nakam” povesti, “İlham və Fərizə” poeması, “Körpə səsi” kimi hekayəsi işıq üzü görmüşdür. İstedadlı bir qələmlə yazılmış bu əsər oxucuların diqqətini cəlb etmiş və böyük rəğbətlə qarşılanmışdır. Kitabda hadisələr detektiv janrla məhəbbət janrının vəhdətində cərəyan edirdi. Əsər kiçik həcmdə olsa da, burada mövzu dairəsi genişdir. Xəyanət, qadın alveri, tənhalıq kimi problemlər öz əksini tapmışdır. İnanırıq ki, “Tənhalıq mənim dostumdr” kitabı nəinki tələbələrin, hətta kitabla tanış olan hər kəsin böyük marağına səbəb olacaqdır.
Mətbuat xidməti