Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Qadınlar Günü münasibətilə intellektual bilik yarışı keçirilib
Yerləşdirilmə tarixi : 07 Mart 2025 09:12
SDU-da Beynəlxalq Qadınlar Günü münasibətilə intellektual bilik yarışı keçirilib
 
Martın 7-də Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzində SDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xanım əməkdaşlar arasında intellektual bilik yarışı keçirilib. Öncə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov xanım əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb. O, bu əlamətdar gündə qadınların cəmiyyətdəki rolunu və əhəmiyyətini bir daha vurğulayaraq, onlara xoş arzularını çatdırıb. Sonra bilik yarışına start verilib. Qeyd edək ki, yarış 3 turdan və hər turda 12 sualdan ibarət olub. Hər turda iştirakçılar ümumi dünya görüşünü əhatə edən suallara cavab veriblər. Bilik yarışında Mühəndislik fakültəsinin komandası I, Filologiya fakültəsinin komandası II, Riyaziyyat fakültəsinin komandası III yerin qalibi olublar. Daha sonra qalib komandanı təbrik edən rektor v.i.e professor Əminağa Sadıqov komandalara fəxri fərman və hədiyyələr təqdim edib. Azərbaycanda gender bərabərliyinin istər Ümummilli Lider Heydər Əliyevin, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dönəmində dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu, qadınların müxtəlif sahələrin inkişafında fəal iştirak etdiyini bildirib. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyətini vurğulayıb. Sonda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram şənliyi universitetin “Gənclik” kafesində davam etdirilib. Tədbir xanım əməkdaşlar arasında həm əyləncəli, həm də yaddaqalan olub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az