Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təlimçi Rövşən Şərifin təqdimatında seminar
Yerləşdirilmə tarixi : 12 Mart 2025 18:59
Təlimçi Rövşən Şərifin təqdimatında seminar
 
Martın 12-də Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “İngilis dilində danışan insanların daha yaxşı başa düşmək üçün nə etməli?” mövzusunda seminar keçirilib. Seminar "Talk Time Academy”nin təsisçisi və təlimçi Rövşən Şərif tərəfindən aparılaraq, ingilis dilinin dünya miqyasında ən geniş yayılmış dillərdən biri olaraq necə formalaşdığı, inkişaf etdiyi və beynimizin bu dili necə qəbul etdiyi barədə ətraflı məlumat verib. O, həmçinin dil öyrənmə prosesində qarşılaşılan çətinliklərin aradan qaldırılması yollarını izah edib, iştirakçıların bu sahədə uğur qazanması üçün praktiki məsləhətlər təqdim edib.
Seminarın sonunda təlimçi iştirakçıların suallarını cavablandırıb və dil öyrənmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün əlavə tövsiyələr verib. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az