Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Hədəflərə necə çatmalı?” mövzusunda təlim
Yerləşdirilmə tarixi : 13 Mart 2025 08:21
“Hədəflərə necə çatmalı?” mövzusunda təlim
 
Martın 12 –də Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin şəxsi inkişafına töhfə vermək məqsədilə təlimçi Orxan Şahbaz tərəfindən “Hədəflərə necə çatmalı?” mövzusunda motivasiya təlimi keçirilib. Əvvəlcə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov çıxış edərək belə təlimlərin tələbələrin şəxsi və peşəkar inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Ardınca təlimçi Orxan Şahbazı təqdim edərək, iştirakçılara təlimin mövzusu və məqsədi haqqında qısa məlumat verib. Sonra təlimçi Orxan Şahbaz karyera qurmağın başlanğıc mərhələlərindən və bu yolda qarşılaşdığı çətinliklərdən danışaraq, uğur qazanmaq üçün tələb olunan əsas bacarıqlar və planlı şəkildə irəliləmənin əhəmiyyətini vurğulayıb. O, tələbələrə hədəfləri düzgün şəkildə müəyyən etməyin və bu məqsədə çatmaq üçün effektiv planlaşdırma texnikalarının necə tətbiq edilməli olduğunu izah edib. Seminarın sonunda Orxan Şahbaz iştirakçıların suallarını cavablandıraraq, hədəflərə çatmaq və şəxsi inkişafda müvəffəqiyyət əldə etmək istiqamətində müzakirələr aparıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az