Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "Web of Science: Baza imkanlar, axtarış sistemləri və nəticələrin təhlili" adlı təlim keçirilib
Yerləşdirilmə tarixi : 13 Mart 2025 18:58
SDU-da "Web of Science: Baza imkanlar, axtarış sistemləri və nəticələrin təhlili" adlı təlim keçirilib
 
Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının elmmetrik bazalardan aktiv istifadəsinin təmin edilməsi məqsədilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Magistratura, doktorantura və elm şöbəsi tərəfindən martın 13–də Davamlı İnkişaf Mərkəzində "Web of Science: Baza imkanlar, axtarış sistemləri və nəticələrin təhlili" adlı təlim keçirilib. Mövcud kafedraların nümayəndələrinin iştirak etdiyi təlimdə Magistratura, doktorantura və elm şöbəsinin mütəxəssisi Mahirə Rahtari çıxış edərək “Web of Science” bazasının imkanları, axtarış sistemləri, elmi məqalələri təqdim etmək üçün jurnalların seçilməsi və əldə olunan nəticələrin təhlili haqqında məlumat verib. Qeyd edək ki, təlim həm nəzəri, həm də praktik şəkildə təşkil olunaraq, əməkdaşların bu sahədə bilik və bacarıqlarının artırılmasına yönəlib. Növbəti təlimə kimi bazadan istifadə ilə bağlı əməkdaşlara əyani tapşırıqlar təqdim edilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az