Tələbələrimiz “Hazır Mühasib 5” layihəsinə seçilərək peşəkar inkişaf imkanları qazanıblar
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri, İqtisadi Araşdırmalar və Tədqiqatlar Mərkəzi tərəfindən təşkil olunan "Hazır Mühasib 5" layihəsində iştirak etmək üçün yazılı və şifahi seçim mərhələsindən uğurla keçib. Universitetimizin İqtisadiyyat və idarəetmə fakültəsindən 17 tələbə bu seçkilərdə yüksək nəticə əldə etmiş və layihəyə qatılmağa haqq qazanmışdır. Bu layihə, tələbələrə mühasibatlıq sahəsində dərindən bilik və praktiki təcrübə qazandırmaq məqsədini güdür. Seçilmiş tələbələrə 6 ay ərzində tam ödənişsiz təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən tələbələrə mühasibatlıq və maliyyə sahəsində ən son yeniliklər və praktiki biliklər öyrədiləcək, həmçinin onların peşəkar inkişafları üçün əhəmiyyətli imkan yaradılacaq.