Martın 15-də universitetimizdə Karyera Mərkəzinin təşkilatçılığı ilə Şəxsi və biznes konsultasiyaları verən, təlim, seminar və masterklasslar keçən, kouçinq xidməti göstərən, İş adamları klubunun üzvü Fəxri Ağayevin “Müvəffəqiyyət - şərtlər vacibdirmi?” mövzusunda təlim-seminar keçirildi.
Fəxri Ağayev seminarda müvəffəqiyyətə gedən yolda qarşılaşdığımız çətinliklərdən və şərtlərin müvəffəqiyyətimizdəki rolundan bəhs edərək, uğurun əldə olunması üçün hədəflərin bəlli edilməsi, bu hədəflərə çatma yolunda icra planının hazırlanması və onun əhəmiyyəti, uğurlu karyeraya gedən yolda sağlam həyat tərzinin vacibliyini vurğuladı.
Təlimdə Fəxri Ağayevin “Saxla zamanı, Gələr zamanı” adlı karyerayönümlü, motivasiya xarakterli, inzibati idarəetmə sahəsində qərarların qəbulu və icrasını özündə əks etdirən kitabının təqdimatı oldu.
Sonda seminarda fəal olan və mövzu ətrafında maraqlı suallar ünvanlayan 3 nəfər tələbəyə müəllifdən kitab hədiyyə olundu.
Mətbuat xidməti