Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Koreyalı mütəxəssis SDU-da: Ali təhsildə innovasiyalar müzakirə olunub
Yerləşdirilmə tarixi : 08 İyul 2025 11:25
Koreyalı mütəxəssis SDU-da: Ali təhsildə innovasiyalar müzakirə olunub
İyulun 4-də Koreyanın “Ars Praxia” data analitikası şirkətinin təsisçisi Leo Kim Sumqayıt Dövlət Universitetinə (SDU) səfər edib.Səfər Asiya İnkişaf Bankı və Koreya Respublikasının həyata keçirdiyi "Birgə Məsləhətçi Bilik Mübadiləsi Proqramı" (KSP) çərçivəsində reallaşıb. Proqramın məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətini yüksəltmək, universitet– sənaye əməkdaşlığını gücləndirmək və sahibkarlıq proqramlarının inkişafını təşviq edərək universitetlərin innovasiya mərkəzinə çevrilməsinə dəstək verməkdir. Bu səfər “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi – Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsi çərçivəsində baş tutub.
 
Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Leo Kimi qəbul edərək onu SDU-da görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan ilə Koreya Respublikası arasında münasibətlərin dinamik inkişaf etdiyini, xüsusilə təhsil və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq ali təhsil müəssisələrinin potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Leo Kim səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edib. Görüş zamanı iki ölkənin təhsil sahəsində əməkdaşlıq imkanları, universitetlərarası təcrübə mübadiləsi və innovativ yanaşmalar müzakirə olunub, qarşılıqlı təkliflər dinlənilib.Görüşdən sonra Leo Kim “Ali təhsildə innovasiyalar: Koreya təcrübəsi və təsirləri” mövzusunda mühazirə ilə çıxış edib. O, Koreyada ali təhsil sistemində həyata keçirilən islahatlar, innovasiya yönümlü təşəbbüslər və universitet-sənaye əməkdaşlığının uğurlu nümunələri barədə ətraflı məlumat verib. Tələbə və müəllim heyəti üçün faydalı olan bu mühazirə maraqla qarşılanıb. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az