Filologiya fakültəsi və Qüsursuz Nitq Psixologiya Mərkəzinin birgə təşəbbüsü ilə təlimlər keçirildi
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsi ilə Qüsursuz Nitq Psixologiya Mərkəzi (NPM) arasında qurulmuş qarşılıqlı əməkdaşlıq çərçivəsində ardıcıl olaraq bir sıra silsilə təlimlər təşkil edilmişdir. Bu əməkdaşlıq çərçivəsində Türkan İsmayılova tərəfindən “Psixoloji təlim zamanı uşaqlara doğru yanaşma metodları”, NPM -in inklüziv təhsil üzrə mütəxəssisi Humay Nəzərli tərəfindən “İnklüziv təhsildə innovasiyalar” , baş loqoped Günel Əzimova tərəfindən “Nitq qüsurları və onların aradan qaldırılma yolları” , Nigar Məmmədova tərəfindən isə “Bizi idarə edən yanlış düşüncələr” mövzusunda interaktiv təlimlər keçirilmişdir. Təlimlər “Məktəbəqədər təhsil”, “İbtidai sinif müəllimliyi”, “Psixologiya”, “Təhsildə sosial-psixoloji xidmət” və “Korreksiyaedici təlim” ixtisaslarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Fəal müzakirə və praktik tapşırıqlarla zənginləşdirilən bu təlimlər iştirakçıların böyük marağına səbəb olmuşdur. Keçirilmiş təlimlərin yekunu olaraq, iyulun 1-də Qüsursuz Nitq Psixologiya Mərkəzinin təsisçi rəhbəri Esmira Qafarova iştirakçı tələbələrlə görüş keçirmiş, onlara sertifikatlar təqdim etmişdir.