Martın 18-də Sumqayıt şəhərində Ulu Novruzun gəlişi şərəfinə təntənəli ümumşəhər bayram tədbiri keçirildi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təbriki, xeyir duası ilə başlayan bayram tədbirində universitetimiz kollektiv şəkildə iştirak edərək, milli adət-ənənələri, atributları əks etdirən bayram çadırı ilə tədbirə rəng qatdı. Bayram tədbirində qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşadı.
Bu unudulmaz sevinc dolu anlarda hər kəsin qəlbində bir arzu keçirdi: Gün o gün olsun ki, Bayrağımız Şuşa qalasında, İrəvan qalasında, Təbriz, Dərbənd, Borçalı qalalarında dalğalansın! Qəlbi dağlarda bayram tonqallarımız çatılsın!
Mətbuat xidməti