Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsinin əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
Yerləşdirilmə tarixi : 13 Oktyabr 2025 10:49
Mühəndislik fakültəsinin əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
 Oktyabırın 9-dan 11-dək Sumqayıt Dövlət Universitetinin (SDU) Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev, Avtomatika və Mexanika kafedrasının müdiri, professor Cavanşir Məmmədov və İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Natiq Talıbov Bolqarıstanın Varna Texniki Universitetində təşkil olunan “Avtomatika və informatika 2025” beynəlxalq konfransında iştirak ediblər. Konfrans müddətində əməkdaşlarımız "Robotics and Control Systems I" (A13) sessiyasında elmi məruzələrlə çıxış ediblər. Professor Cavanşir Məmmədov “Diagnostics of Industrial Robot Applied in Flexible Manufacturing System”, dosent Natiq Talıbov isə “Modeling of the Innovation Construction Mobile Industrial Robot Applied in Technology Park” mövzularında təqdimatla çıxış ediblər. Cavanşir Məmmədov həmçinin A13 sessiyasının sədri kimi sessiyanın idarə olunmasında fəal iştirak edib. Eyni zamanda əməkdaşlarımız Varna Texniki Universitetinin Avtomatlaşdırma və İdarəetmə, Mexatronika və Robototexnika, Elektrotexnika və Mikroelektronika ixtisas kafedralarının tədris prosesi, texniki bazası və laboratoriyaları ilə tanış olublar. Tədbir çərçivəsində SDU-nun nümayəndələri Varna Texniki Universitetinin rəhbərliyi tərəfindən rəsmi olaraq qəbul edilib. İki universitet arasında mövcud əməkdaşlıq müqaviləsinin icra vəziyyəti və gələcək əməkdaşlıq planları ətrafında səmərəli müzakirələr aparılıb. Görüşdə tədris, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlıq gücləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün yeni perspektivlər müəyyənləşdirilməsi qərara alınıb.
Qeyd edək ki, konfrans materialları IEEE Xplore Digital Library – də dərc olunacaq və SCOPUS – da indeksasiya olunur.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az