Martın 30-da TEC-in Tarix və coğrafiya fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası üzrə seminarı keçirildi. İclasda dekan, professor Adil Baxşəliyev bildirdi ki, universitetimizdə son zamanlar rektor, professor Elxan Hüseynov tərəfindən uğurlu islahatlar aparılır. Tələbələrin bilik səviyyəsinin yüksəlməsi istiqamətində mühüm işlər görülür, elm və təhsilə xüsusi önəm verilir. Tələbələrin bilik və bacarıqlarını mükəmməlləşdirilməsi ücün TEC-nin üzvüləri bir çox tanınmış universitetlərdə elmi məqalələr ilə çıxış edir, universitetimizin nüfuzunu artırmış olurlar. Sevindirici haldır ki, martın 28-dən 30-dək Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Milli Tədqiqat Akademik Universiteti Optoelektronika, Fotonika və Nanostrukturlar üzrə “Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfransda universitetimizin Tələbə Elmi Cəmiyyətin elmi rəhbəri İslam Paşayev, Fizika və elektroenergetika fakültəsi üzrə II kurs tələbəsi Teymur Səfiyev, Kimya və biologiya fakültəsi üzrə IV kurs tələbələri Aygün Qənbərzadə, Yaqut Yusifovan iştirak etdilər.
Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi Texniki və riyaziyyat elmləri üzrə Beynəlxalq Gənclər Forumuna universitetimizin 22 tələbəsinin elmi məqalələri qəbul olunmuşdur. 3 nəfər tələbəmiz bu konfransda iştirak etmiş və uğurlu çıxışlarına görə sertifakata layiq görülmüşlər.
Aprel ayında isə Pskov Dövlət Universitetində keçiriləcək konfransda texniki və riyaziyyat elmləri ilə yanaşı, Humanitar elmlər üzrə də tələbələrimizi öz məruzələri ilə iştirak etməyə dəvət edir. Bu səbədən də hər bir tələbə fəal və bacarıqlı olmalıdır.
Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedranın müdiri, professor Şirxan Səlimov çıxışında tələbələrin elmə üstünlük verdiklərini və bunun da onların gələcək inkişafında mühüm rol oynayacağını bildirdi. Seminarda müxtəlif mövzularda tələbələrin çıxışları dinlənildi.Professor Şirxan Səlimov tələbələrin elmi-tədqiqat işlərini yüksək qiymətləndirdi və daim elm yolunda addımlamağı tövsiyə etdi.
Mətbuat xidməti