Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Çində Heksi Universitetini ziyarət edib
Yerləşdirilmə tarixi : 29 Sentyabr 2025 17:38
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Çində Heksi Universitetini ziyarət edib
 Sentyabrın 24-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Qansu əyalətinin Zhangye şəhərində yerləşən Heksi Universitetini ziyarət edib. Səfər çərçivəsində nümayəndə heyəti universitetin Dunhuang Mədəni İrs və İnnovasiya Mərkəzi, Qansu Tətbiqi Mikologiya üzrə Mühəndislik Laboratoriyası, Müəllim İnkişaf Mərkəzi və Ağıllı Karyera Xidməti Mərkəzi ilə yaxından tanış olub. Daha sonra Heksi Universitetinin rektoru Li Guang və rəhbər şəxslərin iştirakı ilə rəsmi görüş keçirilib. Görüşdə çıxış edən professor Əminağa Sadıqov Azərbaycan və Çin ali təhsil müəssisələri arasında əməkdaşlığın qarşılıqlı inkişaf üçün geniş imkanlar açdığını qeyd edərək bildirib: “Universitetlərimiz arasında birgə layihələr, tələbə və müəllim mübadiləsi, elmi tədqiqatların təşkili və innovasiya sahəsində əməkdaşlıq gələcək inkişafımız üçün strateji əhəmiyyət daşıyır. SDU olaraq beynəlxalq tərəfdaşlıqlara xüsusi önəm veririk və Heksi Universiteti ilə əməkdaşlığımız bunun bariz nümunəsidir.” Görüşdə iki universitet arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunun davamı olaraq Akademik və Mədəni Mübadilə üzrə Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqavilə tələbə və müəllim mübadiləsini, elmi konfransların birgə təşkili, mədəni layihələrin həyata keçirilməsi və innovativ tədqiqatların dəstəklənməsini nəzərdə tutur.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az