“Konstitusiya və Suverenlik İli” çərçivəsində fakültələrarası dama yarışı keçirilib
Sumqayıt Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş fakültələrarası dama yarışı təşkil olunub. Yarış universitetin İdman klubu və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılışında universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamlayıb, idmanın gənclər arasında sağlam həyat tərzinin formalaşmasında və asudə vaxtın səmərəli keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Yarışda Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 7 komanda birincilik uğrunda mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən universitetin Riyaziyyat fakültəsi I yerə, Təbiət elmləri fakültəsi II yerə, Filologiya fakültəsinin komandası isə III yerə layiq görülüb. Qaliblər sertifikatla təltif olunublar.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)