“Qələbə Turniri 2025” minifutbol  yarışına start verilib
						
					
					
					
					
					
						Noyabrın 3-də Sumqayıt Dövlət Universitetində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş fakültələrarası “Qələbə Turniri 2025” minifutbol yarışına start verilib. Yarış universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamlayıb, xalqımızın qəhrəmanlıq salnaməsi olan Zəfər tarixindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şücaətindən bəhs edib.Vurğulayıb ki, xalqımız bu möhtəşəm qələbəni vətənpərvər, və fədakar gənclərimizin əzmi və mübarizliyi sayəsində qazanıb. Həmin qəhrəman gənclər arasında Sumqayıt Dövlət Universitetinin məzun və tələbələrinin olması universitet ictimaiyyəti üçün qürur mənbəyidir. Elmar Xəlilov çıxışının sonunda iştirakçılara idman və təhsil sahəsində nailiyyətlər arzulayıb, universitetin adını hər zaman layiqincə təmsil etməyə çağırıb. Sonra İdman Klubunun müdiri, dosent Zakir Məmmədov çıxış edərək bu kimi idman tədbirlərinin gənclərin fiziki inkişafında, həmçinin vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Çıxışlardan sonra fakültələrarası minifutbol yarışına start verilib.
 
Çıxışlardan sonra fakültələrarası minifutbol yarışına start verilib.