Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumuna ev sahibliyi edəcək
Yerləşdirilmə tarixi : 05 Noyabr 2025 15:07
Sumqayıt Dövlət Universiteti I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumuna ev sahibliyi edəcək
 12–13 noyabr 2025-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində (SDU) və Xəzər Universitetində I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu (IFAD 2025) keçiriləcək. Simpozium maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma sahələrində mövcud problemlərin, yeni tendensiyaların və qlobal çağırışların müzakirə olunacağı elmi-praktik platforma kimi nəzərdə tutulur. Tədbirin məqsədi qlobal iqtisadi çağırışların və onların həlli yollarının paylaşılması, akademik və peşəkar bilik mübadiləsinin təşviqi, eləcə də türk dünyası ölkələri arasında əməkdaşlığın, inteqrasiyanın və iqtisadi həmrəyliyin gücləndirilməsidir. Simpoziumda Türkiyə və digər türkdilli dövlətlərin 30-dan çox nüfuzlu universitetinin nümayəndələrinin iştirakı gözlənilir. Panel müzakirələrdə müasir maliyyə idarəetməsi, rəqəmsallaşma prosesləri, beynəlxalq standartların tətbiqi və digər aktual mövzular diqqət mərkəzində olacaq. Tədbir 12 noyabrda Sumqayıt Dövlət Universitetinin akt zalında, 13 noyabrda isə Xəzər Universitetinin Mərmər zalında keçiriləcək. Simpozium həm canlı, həm də onlayn formatda təşkil olunacaq. Simpoziumun təşkilatçıları: Sumqayıt Dövlət Universiteti, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Auditorlar Palatası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Türkiyə Respublikası Kamu Gözetimi, Muhasebe ve Denetim Standartları Kurumu (KGK), MÜSİAD Azərbaycan və İqtisadi Araşdırmalar və Tədris Mərkəzidir (İATM). Bu beynəlxalq elmi platforma elm, təcrübə və innovativ yanaşmaların paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır və iştirakçılar arasında qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az