Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində “Qartal” tikinti şirkəti ilə əməkdaşlıq çərçivəsində görüş keçirilib
Yerləşdirilmə tarixi : 19 Noyabr 2025 09:16
Sumqayıt Dövlət Universitetində “Qartal” tikinti şirkəti ilə əməkdaşlıq çərçivəsində görüş keçirilib
 Tədbirdə universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov qonaqları salamlayıb. O, SDU ilə “Qartal” tikinti şirkəti arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan bəhs edib. Bildirib ki, SDU tələbələri şirkətdə müxtəlif layihələr üzrə təcrübə proqramlarına cəlb olunur, genişmiqyaslı tikinti və mühəndislik proseslərini yerində müşahidə edərək real iş mühitində bilik və bacarıqlarını artırırlar. Əminağa Sadıqov bu əməkdaşlığın tələbələrin gələcək peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Daha sonra “Qartal” tikinti şirkətinin direktoru Şahin Məmmədov təqdimatla çıxış edib. O, şirkətin fəaliyyəti, həyata keçirdiyi iri dövlət layihələri, mühəndislik və tikinti sahəsində tətbiq olunan müasir yanaşmalar barədə geniş məlumat verib. Şirkətin təqdimat videosu nümayiş etdirilib. Şahin Məmmədov tələbələrin real iş proseslərində iştirak etməsinin onların peşəkar mütəxəssis kimi formalaşmasında xüsusi rol oynadığını qeyd edib. Görüş zamanı əməkdaşlığın yeni mərhələsi ilə bağlı razılaşmalar da əldə olunub. SDU-nun Mühəndislik fakültəsinin  tələbələrinin növbəti mərhələdə “Qartal” tikinti şirkətində təcrübə proqramına qəbul edilməsi, həmçinin şirkət tərəfindən təqaüdün verilməsi barədə qərar qəbul olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az