Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib
Yerləşdirilmə tarixi : 19 Noyabr 2025 15:20
QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib
 Noybarın 19-da Sumqayıt Dövlət Universitetində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyası tərəfindən 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov çıxış edərək XXI əsrin ən ciddi qlobal problemlərindən birinin İİV/QİÇS olduğunu qeyd edib və bu xəstəliyin insan həyatı və cəmiyyət üçün doğurduğu ağır fəsadlar barədə danışıb. O, QİÇS-ə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb və gənclərin sağlam həyat tərzi sürməsinin vacibliyini bildirib. Mərkəzin Sumqayıt Regional laboratoriyasının müdiri İlkanə Məhyəddinova çıxış edərək Ümumdünya QİÇS-lə Mübarizə Gününün təsis tarixindən bəhs edib. Qeyd edib ki, 1988-ci ildən etibarən hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. O, İİV infeksiyasının sosial xüsusiyyətləri, yoluxma yolları və onun yaratdığı nəticələr barədə geniş məlumat verib.
Sonra iştirakçılara müzakirə olunan mövzuya dair bukletlər paylanılıb. Tədbirin sonunda mərkəzin mütəxəssisləri tərəfindən könüllü olaraq tələbə və universitetin əməkdaşları İİV test müayinəsindən keçiblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az